Qonaq Kitabı
Bizdən o yarın getdiyi bir xeyli zamandır

Bizdən o yarın getdiyi bir xeyli zamandır.

Can rişəsi daim üzlür, dil nigarandır.

 

Əfsus ki, ruhim süzülüb çıxdı bədəndən,

Bundan sonra ömrüm mənə bir dərdi-girandır.

 

Yar qüssələnəndə çıxacaq, zənn elə, canım,

Əğyar alır kam, o çünki kam alandır.

 

Məndən soruşun, nəql eləyim: biz küsüşəndə,

Düşmən necə şadlıq eləyir, ah, bu yamandır!

 

Ömrüm gülü solmuşdur o yarın kədərindən,

Ey bülbüli-biçarə, yetiş, fəsli-xəzandır.

 

Kim ki, o gözəl dilbərə öz könlünü vermiş,

Can qurban ona; mən dediyim bax belə candır.

 

Dostlar, sevinin, qönçə kimi xəndan olun siz,

Heyrani-həzinin isə göz yaşı rəvandır. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info