Qonaq Kitabı
Gözəl yarım götür üzdən niqabın

Gözəl yarım götür üzdən niqabın,

Əyan olsun üzü qoy afitabın.

 

Təmənna etmişəm, dilbər, xudadan,

İki dünyada olsun kamiyabın.

 

Fəraqından olubdur günlərim tar,

İtirmişdir vücudum çünki, tabın.

 

Sifariş eyləmişdin qasidinlə

Sevincimdən dilim tutmur cavabın.

 

Günüz vəslə yolum yox, oğrular tək

Gecə röyadə ollam vəsli-xabın.

 

Ürək qanım sənin gülgün meyindir,

Olub, ey yar, könül mürğüm kababın.

 

Yəqin qəlbin sənə bəxş etmiş Heyran,

Odur ki, bitməyir dərdin, əzabın. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info