Qonaq Kitabı
Ey könül, rəhmə gələ sevgili canan bu gecə

Ey könül, rəhmə gələ sevgili canan bu gecə.

Ola lütf ilə gəlib aşiqə mehman bu gecə.

 

Baxıb ay tək üzünə çəkmərəm ah zərrəcə qəm,

İstərəm rahat ola qəlbi-nigaran bu gecə.

 

Dərdimin çarəsidir gül üzünü görmək onun,

Əl çəkə bəlkə əcəl almaya, kaş, can bu gecə.

 

Daş ürək yarə məgər eyləyəcəkdir bir əsər,

Göylərə yetsə belə çəkdiyim əfqan bu gecə.

 

Nurə qərq etsəm əgər bəzmi-nigari görəsən,

Biləcəkdirmi yanır şəmtək Heyran bu gecə?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info