Qonaq Kitabı
Çəməndə sən kimi bir sərvi-xuraman yox idi

Çəməndə sən kimi bir sərvi-xuraman yox idi.

Nə də mən tək belə bir aşiqi-nalan yox idi.

 

Deyildi özgələr onda siyah zülfünə bənd,

Telindən özgə mənimçün bir aşiyan yox idi.

 

Edə bilməzdi könül mülkünə biganə güzər,

Vəfadə, sən kimi bir yari-mehriban yox idi.

 

Hanı o nəşəli dəmlər ki, nəvazişli idin,

Sirri bir həmdəm idik bu qəmi nəhan yox idi.

 

Əsiri-eşqin olan dəmdə könül göylərdə,

Kainatda nə günəş, ay, nə kəhkəşan yox idi.

 

Əsir edib məni əvvəl kənar edirsən, ah…

Bu sifət səndə boyun qurbanı, o an yox idi.

 

Dedim gələr başım üstə canım çıxanda nigar,

Gəldin o dəmdə ki, məndən əsər, nişan yox idi.

 

Vuruldu hüsnünə Heyran, vəfasız, atdın onu,

Bu cövrə həm də, əzizim, səbəb, filan yox idi. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info