Qonaq Kitabı
Yetişdi bizlərə yardan bu nagahan məktub

Yetişdi bizlərə yardan bu nagahan məktub.

Sənin virudinə olsun fəda bu can, məktub!

 

İşıq gəlir gözümə hər baxanda xəttinə mən,

Sənin birudinə olsun Fəda bu can, məktub!

 

Gətirdi canə məni, firqətindən ölmüşdüm

Vurulduğum yar əlindən gəlib haman məktub.

 

O mehriban gözəlimdən nə qədər var ömrüm,

Olar sevimli əziz, nadir ərməğan məktub.

 

Həmişə qəlb açaraq, eyləyir könülləri şad

Qanatlı quş kimi qalxıb gələn zaman məktub.

 

Nigardən bizə ancaq verir cavab bu kağız,

Bizimlə sirdaş olur daima rəvan məktub.

 

Həmişə atəşinə odlanan bu Heyranə

Gözəl hədiyyə olubdur bu mehriban məktub. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info