Qonaq Kitabı
Könlüm yenə cananın əlindən giley eylər

Könlüm yenə cananın əlindən giley eylər.

Hicranın o sonsuz ələmindən, giley eylər.

 

Rüxsarə düşən zülfi pərişanın ucundan,

Pəjmürdə olan qəlb telindən, giley eylər.

 

Niskilli könül odlu bu sinəmdə dəmadəm

Yandıqca, o yarın sitəmindən, giley eylər.

 

Qəlbimdən axan qanları rüxsarə tökən göz,

Yüz Dəclə yaratmış, de, nəyindən giley eylər?

 

Bir türfə təbəssümlə bizi etmədi dilşad,

Oldur ki, könül ləli-ləbindən, giley eylər.

 

Yar etsə şikayət sənə, diilə onu, lakin

Zənn etmə ki, Heyranın əlindən, giley eylər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info