Qonaq Kitabı
Sərvdir qamətin ey mah, üzün bir güldür

Sərvdir qamətin ey mah, üzün bir güldür.

Dövrəsində üzünün zülf və ya sünbüldür?

 

Qamətin vəsfi, camalın sözü dillərdə gəzər,

Hüsnünə nəğmə qoşan gülşən əra bülbüldür.

 

Danə tək etdi könül mürqini ol xalın əsir,

Zülfünü boynuma zəncir eləsən, qabildir.

 

Çəkmişəm dəhrdə hər növ bəlalər, əmma,

Ayrılıq dərdi mənimçün hamıdan müşgüldür.

 

Vəslin, ey yar, sanardım özümə abi-həyat,

Kim dedi zəhri-fəraqinlə məni zar öldür?

 

Soruşursan nəsəbini bu yazıq Heyranın,

Bir Əli xadimidir, cümlə cahanə bildir!

 

Naxçıvan şəhrinin əşrafına çatsa həsəbi,

Əslinə varsan əgər, tayifəsi Dünbüldür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info