Qonaq Kitabı
Ay camallım, bu gecə şuridəsər görrəm səni

Ay camallım, bu gecə şuridəsər görrəm səni.

Halü rəftarın dönüb, başqa təhər görrəm səni.

 

Sanki məftun eyləmiş bir sən kimi dilbər səni,

Eşq rəmzindən odur ki, baxəbər görrəm səni.

 

Ey mənim qönçə sifət şux dilbərim, daş qəlbini

Qönçə ağzından kiçik, qərqi-kədər görrəm səni.

 

İncimiş könlün məgər öz dilbərindən, dilbərim!

Qəlbi titrək, rəngi solğun, çeşmi tər görrəm səni.

 

Yoxsa düşmüşdür başın sevdayə suzi-eşqdən,

Naləsi, ahi, fəğani pürəsər görrəm səni.

 

Ey gözəl, gizlətmə məndən gəl o pünhan eşqini,

Sanki məhbubum mənə eylər nəzər, görrəm səni.

 

Əzm qıl Heyran, vəfasız bu cahandan göçməyə,

Çünki bu yolda səmimi həmsəfər görrəm səni.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info