Qonaq Kitabı
Bu qəmli könlüm olubdur qəza oxuna nişan

Bu qəmli könlüm olubdur qəza oxuna nişan

Salıbdı boynuma zəncirnni qəmi-hicran.

 

Hədəf edib bu dilü canımı, gözüm gözlər

Ki, qəmzən eyləyə bir oxla qanıma qəltan.

 

Çatıb o dəm ki, qıyıb canə, öldürəm özümü,

Fələk cəfası məni bezdirib həyatımdan.

 

Bahardır, hamı güllər gözümdə xarə dönər,

Neçin ki, hicr qəmi könlümü edib talan.

 

Nə xoş olardı o saət ki, bəxt üzündən mən,

Qədəmlərində ölüb yarımın verəydim can.

 

Qılıncla peykərimi[i] gər ki, xəsm bənd[ii] etsə,

Mahaldır çəkəm əl yarımın vüsalından.

 

Ümid edərdim ayırmaz məni fələk səndən,

Nedim ki, istəyimin əksinə dönər dövran?!

 

Belim büküldü, qara saçlarım ağardı mənim,

Qocalmışam, bu cəfakar çərx əlindən, aman!

 

Əgər vüsal nəsib olsa bir də dünyada.

Cavan olub, təzədən başlar ömrünü Heyran.



[i] Peykər – Surət, bədən.

[ii] Xəsm – Düşmən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info