Qonaq Kitabı
Parlaq günəşim, həsrəti-ruyinlə gözümdən

Parlaq günəşim, həsrəti-ruyinlə gözümdən

Qan yaş axıdıb, Dəclələr icad edərəm mən.

 

Gül cismli Leyli, məni-Məcnunə qəmində,

Gah dağ-dərə, gah dəştü biyaban idi məskən.

 

Ol şux baxışa, ay üzə, qarə gözə, canan

Məftunəmü heyranəmü dildadə əzəldən.

 

Ömrüm uzunu qan udaram, hali-pərişan,

Kirpiklərin, ol sinəvü ol zülfün əlindən.

 

Dildarıma həsrət gözümün qanlı yaşından

Tufanə baxıb, halımı bil, Nuhi-nəbisən!

 

Sevdalı könül xəstə bu canı çəkər hər an

Gah küfrə tərəf, gah edər iman ilə eymən.

 

Zahid məni abid bilər, arif məni sufi,

Lakin nə oyam mən, nə buyam, əslini bilsən.

 

Dinim nə imiş, qalmışam Heyran, a dustlar,

Nə kafiri-məhzəm, nə müsəlman əməlimdən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info