Qonaq Kitabı
Bir bülbüləm, eyləmiş zəmanə

Bir bülbüləm, eyləmiş zəmanə

Qəm oxlarına sinəm nişanə.

 

Ey dilbərim, ol qaşın gör oxşar

Əbruyi-müqəvvəsi-kəmanə.[i]

 

O aldadıcı, şirin kəlamın

Qıldı məni dəhrdə fəsanə.

 

Tək mən deyiləm, min aşiqi sən

Məcnun kimi eylədin divanə.

 

Bu bikəsi-zari-natavanı

Billah, gətirmisən amanə.

 

Bir namə yazıb ciyər qanından

Ol canibə eylədim rəvanə.

 

Heyran, əsiri-eşqin olmuş,

Axır tutuşub çəkər zəbanə.



[i] Əbruyi-müqəvvəsi-kəman – Kamanın qövsşəkilli yayı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info