Qonaq Kitabı
Yarım mənə eylə bir nəzarə

Yarım mənə eylə bir nəzarə,

Oldu ciyərim həzar parə.

 

Hicrində mənim həzin könlüm,

Şölə çəkibən tökər şərarə.

 

Bir ah çəkib fəğan edim mən,

Ta od düşə dəştü kuhisarə.

 

Can getdi sənin yolunda badə,

Ey dust, bu dərdə varmı çarə?

 

Leyli sən idin, səni sevənlər,

Məcnun kimi düşdü ruzigarə.

 

Çoxdur sənin aşiqin əgərçi,

Bir mən kimi yoxdu bəxti qarə.

 

Heyran! Gözü yolda qaldı, canan,

Qıl çarə bu dərdi-intizarə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info