Qonaq Kitabı
Ey hüsndə Yüsifi-zəmanə

Ey hüsndə Yüsifi-zəmanə,

Rəhm eylə fəqirü natəvanə.

 

Bir an səni görməyəndə, yarım,

Əfqani yetirrəm asimanə.

 

Əflakə kəmənd atdı sənsiz

Hər ah ki, çəkdim aşiqanə.

 

Yaqut ləbindəki təbəssüm

Saldı genə könlümü gümanə.

 

On dörd gecəlik bir ay üzün tək

Billah ki, gəlməyib cəhanə.

 

Gah qan tökər və gah içər qan,

Ol sərvi-qədə budur nişanə.

 

Heyran görüncə ay camalın,

Oldu genə eşqdə fəsanə.[i]



[i] Fəsanə – Əfsanə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info