Qonaq Kitabı
Ey badi-sübhgahi , ey əbr parə-parə

Ey badi-sübhgahi[i], ey əbr parə-parə,

Lütfünlə mən qəribə ey mah, qıl nəzarə!

 

Bir halıma nəzər qıl, ol guyə[ii] bir güzər qıl,

Ərz eylə hali-zarım ol bivəfa nigarə.

 

Qanla dolan gözümdən olmuş rəvanə Ceyhun,

Saldı fələk cəfası əhbabdən kənarə.

 

Fərhad tək bu dağı məskən qılıb oturdum,

Məcnun misali düşdüm həm dəştü kuhisarə.[iii]

 

Yoxdur bu aləm içrə bir mən kimi cəfakeş,

Yoxdur zəmanəmizdə mən kimi bəxti qarə.

 

Çün bülbüli-şikəstə, mən bikəsü fikari

Saldı o güldən ayrı, lənət bu ruzigarə!

 

Pərvanə tək dolanıb şəmi-cəmali-yarə,

Heyran! Eşq odunda yan, çək daha şərarə!



[i] Badi-sübhgahi – Səhər küləyi.

[ii] Kuy – Küçə, məhəllə.

[iii] Dəştü kuhsar – Düzənlik və dağlıq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info