Qonaq Kitabı
Ey cümlə fəqirlər pənahi!

Ey cümlə fəqirlər pənahi!

Ey yer üzünün yeganə şahi!

 

Çox həsrəti-eşqini çəkərdim,

Yada salasan, bu bipənahi.

 

Bu mərhəmətin məni-şikəstə

Bilməm necə olum üzrxahi.

 

Mən bikəsi çünki yad qıldın,

Qurbanın olum sənin, ilahi!

 

Xoş dəydi bu sinəmə xədəngin,

Saldın mənə lütf ilə nigahi.

 

Dalınca düşübdü dəstə-dəstə,

Hər aşiq olub birər sipahi.[i]

 

Qeyrəz sənə səcdə etməyibdir,

Heyranın hanı böyük günahi?



[i] Sipahi – Döyüşçü, əsgər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info