Qonaq Kitabı
Könlün diləsə bu dili-viranə dağılsın

Könlün diləsə bu dili-viranə dağılsın,

Çək naz ilə ol zülfünə bir şanə, dağılsın.

 

Min aşiqi zəncirə çəkib, bavərin[i] olmaz,

Bir tarini ur çöllərə divanə dağılsın.

 

Bu bəzm əra cəm çəkər həsrəti-saqi,

Ey piri-müğan,[ii] əmr elə, peymanə dağılsın!

 

Məst oldu çü üşşaq sənin ləli-ləbindən,

Nə məsrəfi var bizlərə, meyxanə dağılsın.

 

Ol iki ləbin vəsfini çək rişteyi-nəzmə,

Ver badi-səbayə ki, bu dövranə dağılsın.

 

Zülfün girehi[iii] çünki dolub mürği-dil ilə,

Ol kəşməkəşi qoyma gülüstanə dağılsın.

 

Xali-siyəhin mülki-Bədəxşani qılıb fət ,

Fərmandehə[iv] yaz səfheyi-Iranə dağılsın.

 

Yoxdur o sənəm, onda dü əbruyi-xəminə[v]

Biz səcdə edək, qoy bütü bütxanə dağılsın.

 

Heyran! Çü yanarsan o qədər şəmə müqabil,

Bir vəz ilə çək şölə ki, pərvanə dağılsın.



[i] Bavər – Inam, etibar.

[ii] Piri-müğan – Burada: meyxana sahibi.

[iii] Gireh – Düyüm.

[iv] Fərmandeh – Fərman verən.

[v] Əbruyi-xəm – Əyri qaş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info