Qonaq Kitabı
Xali-siyəhin ləbilə rüxsar arasında

Xali-siyəhin ləbilə rüxsar arasında,

Bir mülkdü qalmış iki sərdar arasında.

 

Bək, gör nə əcəb xoş görünər, eylə tamaşa,

Bir danə bənöfşə bitə gülzar arasında.

 

Ey dil, olasan lal, utan kim, necə verdin

Bu nisbəti bədkar ilə xoşkar arasında.

 

Gu şahi-həbəş təxti-məlahətdə oturmuş,

Künci-ləb ilə, zülfi-siyəhtar arasında.

 

Əbruyi-kaman ilə gəhi zülfi-siyahın

Bir can qalıb ol iki sitəmkar arasında.

 

Dil əhd qılıb zülfün ilə, şərti budur kim,

Olmaya yalan qövl ilə iqrar arasında.

 

Gah çeşmüvə, gah ləlüvə mayil olu könlüm,

Biçarə qalıb məst ilə hüşyar arasında.

 

Şəbxun[i] gətirib gülşəni-rüxsarına xəttin,

Bir qönçə qalıbdır bu qədər xar arasında.

 

Heyran-şəbi-hicranda edər yad vüsalın,

Heyrətdədir ol, cənnət ilə nar[ii] arasında.



[i] Şəbxun – Gecə çapqını.

[ii] Nar – Od; Cəhənnəmə işarədir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info