Qonaq Kitabı
Səba, var kuyi-dildarə sölə kim, nobahar olmuş

Səba, var kuyi-dildarə sölə[1] kim, nobahar olmuş,

Ki, gu firdovsi-əla bu cahanda aşikar olmuş.

 

Vüsalindən cida düşdüm o yarın mövsimi-güldə,

Əgərçi, güllər açmış, gülşən içrə laləzar olmuş.

 

Kəməndi-zülfü ilə, tiği-əbrusilə dildarın,

Misali-mürqi-besməl seydi-qəlbim gör şikar olmuş.

 

Qəmində bu dili-bimarə hər dəm nalədir həmdəm,

Fəraqindən o dildarın sitəmlə dağidar olmuş.

 

Gecəm geysusinə bənzər pərişanvar uzunluqda,

Günüm ol zülfi-mişkinfam tək hicrində tar olmuş.

 

Camalından cida yarın olubdur xatirim qəmgin,

Fəraği-mahi-ruyindən dü çeşmim əşkbar olmuş.

 

Olubdur munisi əğyari-bədkarü sitəmkərlər,

Ki, guya güldən ayrı bülbülə həmrah xar olmuş.

 

Gecəm geysusinə bənzər pərişanvar uzunluqda,

Nə möhnətdir, bu möhnət, bilmirəm, Heyran düçar olmuş.



[1] Söylə

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info