Qonaq Kitabı
Açıldı sübhi-ruyün şami zülfündən əyan oldu

Açıldı sübhi-ruyün şami zülfündən əyan oldu,

Xəcalət atəşinə mehr yandı, məh nəhan oldu.

 

Çəkib qövsi-qüzəh xoş taqi-rəngin[i] asiman üzrə,

Görüb qaşın kimi olmaz səbəb, qəddi kəman oldu.

 

Dü çeşmi-məst-məxmurin alıb canlar, töküb qanlar,

Xədəngi-kirpiyin, tiqi-nigahın kamiran oldu.

 

Giriftari-kəmənd oldu dilim, əqlim çıxıb başdan,

Könül mürqinə xalın danə, zülfün aşiyan oldu.

 

Görüb ləli-ləbin, ey hurivəş, ləli-Bədəxşanın,

Yanıb bağrı həsəddən, didəsindən xun rəvan oldu.

 

Gözün aldı mənim canım, ləbin tökdü onun qanın,

Bihəmdillah, sənin kuyində axır qanə qan oldu.

 

Edib zövq ilə can qurban ona hər aşiq, ey Heyran!

Nə tənha acizü-nalan, olar da canfişan oldu.



[i] Taqi-rəngin – Göy qurşağı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info