Qonaq Kitabı
O mahi-arizə çün zülfi-müşginin hicab oldu

O mahi-arizə çün zülfi-müşginin hicab oldu,

Dedim, əbri-siyəh pəs ruyi-xurşidə niqab oldu.

 

Təcəlla eyləyib nuri-cəmalin aləmi tutdu,

Onun bir zərrəsi getdi səmadə afitab oldu.

 

Əsib badi-səba, ol zülfi-ənbərsa olub bərhəm,

Pərişan oldu könlüm xeyməsi, aləm xərab oldu.

 

Çü mürği-dil görüb-xali-siyahin, danə figr etdi,

Bəli, rüxsari-atəşnaküvi[i] görcək kabab oldu.

 

Zibəs qan ağladım hicri-rüxündə ey mələkmənzər,

Rüxi-zərdim sirişki-alilə rəngin xəzab[ii] oldu.

 

Yanıb hicrin oduna ruzü şəb, pərvanə tək Heyran,

Rüxi-zərdim sirişki-alilə rəngim xəzab oldu.



[i] Rüxsari-atəşnak – Alov saçan üz, al üz.

[ii] Xəzab – Rəngləmə (saçı, dırnağı).

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info