Qonaq Kitabı
Yetişib müjdeyi-canbəxş ki, canan gəliri

Yetişib müjdeyi-canbəxş ki, canan gəliri.

Canibi-gülşənə[i] ol sərvi-xuraman gəliri.

 

Ayrılıq dərdi məni saldı ayaqdan, yarım

Etməyə bu dili-pürdərdimə dərman, gəliri.

 

Əsibən badi-səba zülfi-siyahin dağıdıb,

Mehr tək mah üzü oldu dirəxşan, gəliri.

 

Qaməti sərvi-səhi, zülfi kəməndi-dilü can,

Üzü gül, qaşı kaman, kirpiyi peykan gəliri.

 

Çün təbəssümlə olub ləl-ləbi dürrəfşan,

Səhni-gülzar olub gülləri xəndan gəliri.

 

Görsədib arizini, aləmi pür nur qılıb,

Gün tülu etdi, üfüqdən məhi-taban, gəliri.

 

Xəncəri-naz ilə qəmzə oxun almış əlinə,

Aşiqin qəsdinə bir afəti-dövran gəliri.

 

O nə vəqtdir deyələr: yar ötər şövkətilən,

O nə gündür deyələr: ol şəhi-xuban gəliri.

 

Gər yetişsən o şəhin xidmətinə, dön başına,

Elə, Heyran, canüvi sən ona qurban, gəliri.



[i] Cənibi-gülşən – Gülşənə tərəf.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info