Qonaq Kitabı
Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsın

Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsın.

Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın.

 

Bu dil ki, ona mənzil idi, oldu xərabə,

Əzm etsə əgər yar, dəxi harə qayıtsın?

 

Şanə çəkibən çin-çin elə, sal üzə zülfün,

Qüllab kimi ucları rüxsarə qayıtsın.

 

Mürqi-dili-zarim[i] genə avarə qalıbdır,

Zülfün xəmin ac, ta ki, bu avarə qayıtsın.

 

Gəl rəhm elə, qoy aşiqi bir yarə yetişsin,

Ərzin eləsin ol büti-xunxarə, qayıtsın.

 

Çün gövkəbi-bəxtim yetişib nəhs məqamə,

Bir əmr elə, ta sabitü səyyarə qayıtsın.

 

Əhd et, edəsən canüvi sən sidq ilə qurban,

Heyran! Yar əgər bir də bu gülzarə qayıtsın.



[i] Mürği-dili-zar – sızlayan könül quşu.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info