Qonaq Kitabı
Saldı məni ol kafəri-qəddar ayaqdan

Saldı məni ol kafəri-qəddar ayaqdan,

Bir zalimi-bibakü sitəmkar ayaqdan.

 

Neynim, nə edim kim, məni-sərgəştəni saldı

Ol cövrü cəfa mənbəi, xunxar ayaqdan.

 

Hicran ələmi aldı qərarımı əlimdən,

Saldı nə deyim həsrəti-didar ayaqdan.

 

Pərvanəni şəmin odu yandırdı dəmadəm,

Gülşəndə salıb bülbülü bir xar ayaqdan.

 

Kim bu, necə insaf idi, yaran, ki, salsın

Öz aşiqini yari-vəfadar ayaqdan.

 

Etmə bu qədər cövrü cəfa aşiqə, cana!

Əlbəttə salır bu qədər azar ayaqdan.

 

Saldı o sitəmpərvəri-bibak,[i] cəfakar,

Heyrani-sitəmdidəni yekbar ayaqdan.



[i] Bibak – Qorxusuz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info