Qonaq Kitabı
Bir namə yazım, badi-səba, yarə yetirsin

Bir namə yazım, badi-səba, yarə yetirsin,

Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.

 

Hicran ələmi saldı ayaqdan məni-zari,

Daruyi-vüsali[i] mənə bir çarə yetirsin.

 

Səbrim kəsilib, yar mənim canımı alsın,

Ya şad eləsin vəsl ilə, didarə yetirsin.

 

Dünyadə və üqbadə görüm mətləbə yetsin,

Hər kəs məni ol yari-vəfadarə yetirsin.

 

Bir yol verin ey möhnəti-hicran ki, peyamım

Ta badi-səba ol gülü gülzarə yetirsin.

 

Yüz həsrət ilə bu dili-hicranə giriftar,

Əzm etdi, özün ol güli-bixarə yetirsin.

 

Yüz niş[ii] ilə səddi-rəh olub xari-sitəmkar,

Qoymadı özün ol gülə biçarə yetirsin.

 

Gəl tanrı üçün bunca sitəm eyləmə izhar,

Qoy yarə özün bu dili-avara yetirsin.

 

Bikəsliyimə rəhm eləsin xaliqi-biçün,

Heyrani şəhbazə digər-yarə yetirsin.



[i] Daruyi-vüsal – Vüsal dərmanı.

[ii] Niş – Sancma, dalama. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info