Qonaq Kitabı
Bir nəzər ləli-ləbi − cananə eylə, ey həkim!

Bir nəzər ləli-ləbi − cananə eylə, ey həkim!

Çareyi bu dərdi-bidərmanə eylə, ey həkim!

 

Gər behişti-cavidan[i] istərsə könlün, şövq ilə,

Bir güzər sən məhfili-cənanə[ii] eylə, ey həkim!

 

Hicri-dilbər öldürər axir məni, sən rəhm elə,

Xəncərin çək, qətlimi mərdanə eylə, ey həkim!

 

Qıl tərəhhüm halıma, eylə əlaci-dərdimi,

Bir dəva ver, əqldən biganə eylə, ey həkim!

 

Rahi-həqq istərsə könlün, məscidə girmə, saqın,

Şövq ilə əzmi-rəhi-meyxanə eylə, ey həkim!

 

Çəkmə zəhmət xarü xəsdən, əzmi-Kəbə eyləmə,

Qəsdi-bəzmi-vəsli-sahibxanə[iii] eylə, ey həkim!

 

Bir qulaq as naleyi-Heyranə, hifz et naləsin,

Bəzm-hikmətdə onu əfsanə eylə, ey həkim!



[i] Behişti-cavidan – Əbədi behişt.

[ii] Məhfəli-canan – Canan məclisi.

[iii] Qəsdi-bəzmi-vəsli-sahibxanə eylə - Ev sahibinin vüsal məclisinə çatmağa çalış.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info