Qonaq Kitabı
Ey fələk, dərdü qəmim şərhini cananə yetir

Ey fələk, dərdü qəmim şərhini cananə yetir,

Səbt[i] qıl mülk xəracini,[ii] o sultanə yetir.

 

Daha yox tabü təvan cismi-zəifimdə mənim,

Ya ki, al canımı, ya dərdimi dərmanə yetir.

 

Ruh pərvərdi ləbi vəqti-təbəssümdə, səba!

Ruhi bu təndən halıb, ol ləbi-xəndanə yetir.

 

Gördü ol zülfi könül, oldu pərişan əhval,

Bu pərişanlığımı zülfi-pərişanə yetir.

 

Zülfü ruyün elədi məzhəbimi süst mənim,

Ya məni kafər elə, ya da ki, imanə yetir.

 

Getdi ol Yusifi-məhru, gözüm ağlama az,

Xuni-nabi-ciyərin[iii] cəhd elə ümmanə yetir.

 

Bunca Heyrani-həzin, salma ayaqdan özüvü,

Gülşəni canda bitən sərvi-xuramana yetir.



[i] Səbt qılmaq – Qeydə almaq.

[ii] Xərac – Vergi.

[iii] Xuni-nabi-ciyər – Ciyərin təmiz qanı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info