Qonaq Kitabı
Eşqin ey şux, sənin bu dili-pürqəmdəmidir!

Eşqin ey şux, sənin bu dili-pürqəmdəmidir![i]

Bilmirəm mənzilini, candamı ya təndəmidir?

 

Itirib mürqi-dili, tapmıram, ey mayeyi-naz,

Cüstücü[ii] eylə gör, ol sümbüli-pürxəmdəmidir?[iii]

 

Qamətin bükdü belim, arizin öldürdü məni,

Sərvü gül ol qədü ol arizə manəndəmidir?[iv]

 

Dedi: ver canüvü, al xaki-dərim zərrəsini,

Cani-naqabilimiz bu beyə ərzəndəmidir?[v]

 

Bülbülün, qümrülərin şuri düşüb afaqə,

Gül rüxüm, sərv qədim bu gecə gülşəndəmidir?

 

Vəslüvə şad, vəli firqətüvə naşadəm,

Bilmirəm sənsiz işim naləmidir, xəndəmidir?

 

Əqlimi sərdən alıb, xəlq əra rüsva elədin,

Bu günəh, dilbəri-mən, səndəmidir, məndəmidir?

 

Aşiqi öldürəsən, vəslilə şad etmiyəsən,

Səndən ey şux, belə zülm xoş-ayəndəmidir?[vi]

 

Istiri sidqilə qurban ola ol şahə bu gün,

Gər fəda olmağa Heyran bərazəndəmidir?[vii]



[i] Dili-pürqəm – Dərdli könül.

[ii] Cüsticu – Axtarış.

[iii] Sünbüli-pürxəm – Qıvrımlı sünbül, məc., burma saçlar.

[iv] Manənd – Oxşar, bənzəyən.

[v] Cani-naqabilimiz bu bəyə ərzəndəmidir? – Ləyaqətsiz canımız bu qiymətə dəyərmi?

[vi] Xoş ayəndə - Xoşa gələn, layiq, rəva.

[vii] Bərazəndə - Dəyərli, ləyaqətli.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info