Qonaq Kitabı
Zülfün xəmi açılsa, əcayib kəmənd olur

Zülfün xəmi açılsa, əcayib kəmənd olur,

Yüz seydi-dil o silsilədə paybənd[i] olur.

 

Tirələşər[ii] hava dəxi, dağları çən tutar,

Övci-səmayə[iii] dudi-dilim çün bülənd[iv] olur.

 

Etdi Səhəndi xakilə[v] yeksan gözüm yaşı,

Xarü xəs[vi] ilə seyl yolu hiç bənd olur?

 

Bülbül fəğanü nalə çəkər, huşdən gedər,

Hər vaxt kim, o ləli-ləbin nimxənd[vii] olur.

 

Ləli-ləbində varmı məgər çeşmeyi-həyat?

Vər-nə* bu növ ilə nə şəkər, nə də qənd olur.

 

Başdan-ayağa cümlə tənün[viii] dilpəsəndidir[ix],

Hər dilrübadə biri əgər dilpəsənd olur.

 

Heyrani-natəvani əziz eylə lütfilə,

Qədrini bil, hər aşiqi kim dərdmənd[x] olur.



* – Əgər deyilsə.



[i] Paybənd – Bağlı.

[ii] Tirələşmək – Qaralmaq.

[iii] Ovci-səma – Göyün ən uca yeri.

[iv] Bülənd – Uca, yüksək.

[v] Xak – Torpaq.

[vi] Xarü-xas – Çör-çöp.

[vii] Nimxənd – Təbəssüm, gülümsünmə.

[viii] Tən – Bədən.

[ix] Dilpəsənd – Könülsevən, ürək istəyən.

[x] Dərdmənd – dərdli, dərd çəkən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info