Qonaq Kitabı
Mərhəba, etmiş tülu guya zəmindən, mahə bax!

Mərhəba, etmiş tülu guya zəmindən, mahə bax!

Yüz min istiğna ilən olmuş rəvan, ol şahə bax!

 

Durdu yerdən şövq ilə, pişvaz üçün oldu rəvan,

Bildi ki, canan gəlir, sən bu dili-agahə bax!

 

Bəzm əra həmsöhbət olmuş, məndən ol dildarimə

Hər zaman bədguluq eylər, ol səki-bədxahə[i] bax!

 

Dilbərim, bari sən əğyar sözünə guş eyləmə,

Bu qədər zülm eyləmə, xof eylə, bir Allahə bax!

 

Düşməni-dun[ii] həmnişin, həmrahü həmdəm müddəi,

Həmnişinə seyr qıl, bir həmdəmü əmrahə bax!

 

Qorxmaz Allahdan o zalim, şərm[iii] qılmaz xəlqdən,

Oldu səddi-rəh bizə, ol kafəri-gümrahə[iv] bax!

 

Əqlimi aldı sərimdən, olmadı qane genə,

Istədi qanım tökə, mətlubu gör, dilxahə bax!

 

Ruzü şəb Heyran düagudur ona, leykən genə

Istəməz adın eşitsin, nifrətü ikrahə bax!



[i] Səgi-bədxah – Yaman it.

[ii] Düşməni-dun – Alçaq düşmən.

[iii] Şərm – Həya, utanmaq.

[iv] Kafəri-gümrah – Azğın kafər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info