Qonaq Kitabı
Üzün ey mah, qılar mehri-dirəxşan ilə bəhs

Üzün ey mah, qılar mehri-dirəxşan ilə[i] bəhs.

Zülfi-mişkinin edər sünbülü reyhan ilə bəhs.

 

Həddi yox ayü günün, sünbülü reyhanın, edə

Ol məhi-ariz ilə, zülfi-pərişan ilə bəhs.

 

Can alan qaşların, ol qanım içən qəmzələrin,

Eyləyər tiğ ilə, həm xəncəri-bürran[ii] ilə bəhs.

 

Gözlərin huşimi sərdən alıb ey afəti-can!

Edər ey şux ləbin ləli-dirəxşan ilə bəhs.

 

Qəddin ey mah, verib tubiyi-firdövsə[iii] şikəst,

Nə həmin eyliri bir sərvi-xuraman ilə bəhs.

 

Cəzbeyi-eşqin[iv] edib bənd, salıb zindanə,

Çün cəmalın elədi Yusifi-Kənan ilə bəhs.

 

Dərgəhində sənin, ey sərvəri-afaq, bu gün

Kimsənin həddi nədir, kim edə Heyran ilə bəhs.



[i] Mehri-dirəxşan – Parlaq günəş.

[ii] Xəncəri-bürran – İti xəncər.

[iii] Tubiyi-firdövs – Behişt ağacı.

[iv] Cəzbeyi-eşq – Eşq cazibəsi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info