Qonaq Kitabı
TÜRK ORDUSUNA

Ey şanlı ölkənin şanlı ordusu,
Unutma Qafqaza girdiyin günü!
Gəlirkən qovmağa Turandan Urusu,
Ayağını Qara dəniz öpdümü?!*
İlk atarkən əsgi bürcə addımı,
Qars qalası salam topu atdımı?
Sən yaparkən orda zəfər şənliyi,
Məğlub düşman qaşlarını çatdımı?
Çıxdığın gün Allah Əkbər Dağına
Dağıstan dağları qibtə eylədi!
Baxdım ki, sarayın viran tağına
“Sən gəlirsən, şən oluram!” söylədi!
Gəldiyin gün Kürün axar-baxarı
Əski günahlardan silkindi, çıxdı!
Eşidib Gümrüdə təkbir səsini
Araz sevincindən dünyanı yıxdı!

Gəncə, 1918



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info