Qonaq Kitabı
BEYTLƏR, ÜÇLÜKLƏR VƏ DÖRDLÜKLƏR

Ovçu bilməz, xəyalının öz səsidir,

Öz qəlbinin, öz eşqinin nəşəsidir?!

Bu səs bəzən bir quş olur,

Bir budağa qonmuş olur,

Ötür yoncalı bağda!

Bəzən baxarsan bir maral,

Əndamının hər yeri xal, –

Gəzər dumanlı dağda!..

İlk baharın ilk nəfəsi,

Coşan eşqin bir həvəsi;

Nə olursa, olsun adı,

Səsdir ruhumun qanadı!

Ancaq mənim duyduğum səs,

Bu səslərə heç bənzəməz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info