Qonaq Kitabı
KÖLGƏM İLƏ MƏN

Bir gün bezdim, mən kölgəmə dedim ki;

- Bəsdir daha, əl götür bir yaxamdan!

Gecə-gündüz işin, peşən yoxmudur?

Çəkilməzsən bir dəqiqə arxamdan.

Uf demərəm aylar, illər uzunu,

Mən görməsəm o mübarək üzünü!

 

Kölgəm dedi: - Ey vəfasız, səninlə,

Bir saatda gəlmədikmi dünyaya?

Dadsız ömrü nə eylərdim? Əzəldən,

Mən səninçün düşmədimmi qovğaya?

Eh, bilsən də, bilməsən də eyniyik;

Mənə qalsa, biz ayrılan deyilik.

 

2 dekabr, 1922

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info