Qonaq Kitabı
QUQ-QULU-QU!

İlk işıqla xoruz ötər,

Bizə der ki: uyğu yetər!

Tənbəlləri sevməm əsla,

Haydı, gedək iş başına!

 

Rəncbər qeyrə yollanmalı,

Çapa sapan qollanmalı.

Əkmək lazım buğda, arpa,

Dünya istər səndən qida!

Quq-qulu-qu, Quq-qulu-qu,

Sübh oldu yetər uyğu!

 

Zərif cocuq, xoruz dinlə;

Nə xoş ötər, nə şən ötər,

Başla, xeyir dərslərinə,

Tənbəl olma, uyğu yetər.

Quq-qulu-qu, Quq-qulu-qu,

Gün uyğusu, fəna uyğu!

 

1912-ci il 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info