Qonaq Kitabı
İNGİLİS

Bakıya gəlmisiz səlam verməyə,

Ey Xan sarayını tutan ingilis!

Gedirkən Kəbəyə Hacı karvanı,

Hacılar yoluna çıxan ingilis!

 

Damağında Çanaqqala ağısı,

Sənmisən Türk ellərinin yağısı?

İslam dünyasını ölüm çalğısı,

Ölüm niyyətilə yaxan ingilis!

 

Sarıb Hindistanın cansız qolunu,

Gəldin bağlamaya Turan yolunu.

Aldadıb hər yerdə tanrı qulunu,

İnsanları ucuz satan ingilis!

 

Bax, yenə qarşında köksümü açdım,

Bakı dağlarına al bayraq sancdım.

Sən meydan oxudun, gəldim, ulaşdım.

Mərd degil meydandan qaçan ingilis!

 

Sən bağla hər yolu, süngüm tez açar,

Üç ayda gələnlər üç gündə qaçar,

Zənn etmə qurşunum həvalı uçar,

Türkdür bu qurşunu atan ingilis!

 

O xain gözünü dikdiyin ellər,

Mənim nişanlımdır, türkülər söylər.

Göz dikmə taxtıma, bax, əlim titrər,

Düşəcək təxtinə talan ingilis!

 

Bakı, 12 iyul, 1918



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info