Qonaq Kitabı
KUROPATKİNƏ

Kimdir bizim minarədə

  əzanları susduranlar?

“Doğru yola salma!” - deyib,

  qanlı irin qusduranlar?

Kimlər böylə qara pərdə çəkdi

          bizim bu minbərə,

“Qari!” - deyə xitab etdi

  Türküstanda igidlərə?!

Tökmələyib Türküstanın

  əyilməyən başlarını,

Kimlər çaldı babaların

           əski məzar daşlarını?

Kimdir ğəztə kərpiclə

           muzeyləri dolduranlar.

Kəndimizi heyvan sanıb,

  yurdumuza od vuranlar?

Hansı qanun əlləriylə,

  hansı yasa, hansı yazı,

Söyüdlərin yerlərinə

  dikdi Sibir akasiyası?

Heç bir tarix göstərməzkən

  Türkün xain olduğunu,

Kimdir çalan Türk ərzini,

  Türk elinin var-yoxunu?

Sənin kimi kölgəsindən qorxanlar,

Sənin kimi düşunənlər, duyanlar!

Unut, əski günü unut!..

Bax, göydəki qara bulud

Məzlumların ahıdır!..

 

“Din” söylədik, Quranların təbdilinə

  yiltəndiniz,

“Dil” söylədik, fikrimizə

  məzar oldu Qara dəniz,

Zəngin idik; qurd oldunuz,

  yurdumuza saldırdınız.

Gözəllərin köksündəki altunları

  çaldırdınız!

Adlarını dəyişdirib məmləkətin,

  ilin, ayın,

Siz şapqasız sadə turkü məktəblərə

  buraxmayın,

Xor baxaraq

  əcdadının adətini sevənlərə,

Zəhər verin can yerinə,

  sizə can söyləyənlərə,

Elinizdən rahib olub

  əflakə çıxanlara

Söyləyin ki, başqa şeylər düşünürsən,

  haydı, ora!

Sonra bizi Avropada

  vəhşi deyə yazın, pozun;

Bunun doğru olduğuna inandınmı

  sənin özün?!

Sənin kimi bir çox miras yedilər,

Bizə daha nələr... nələr etdilər!..

Unut, əski günü unut!

Bax, göydəki qara bulud

Məzlumların ahıdır!.

 

Bu ellərin torpağına, daşına

Çökən, ölmüş igidlərin yasıdır.

 

Duman deyil, bu dağların başına,

Qonan məzlumların ahı, vayıdır.

Vətən xarab oldu, siz onda bayquş

Of, mənim gözəlim kimlərə uymuş!..

Sibiryada qazmaların, guşəsi.

 

Məzlumların gəmikiylə doludur,

Sənin kimi əskilərin peşəsi.

Getdiyi yol azğınların yoludur,

Xoş hər vaxt gecə getməzdən atar.

Bilməzmi idin, səni bir gün qan tutar?

 

Söyləyiniz, hansı yurdun balası,

Əlinizdən ölüm camı içmədi?

Göstəriniz, hansı mülkün havası,

Sizin üçün saflığından kiçmədi?

Sənin yavrun beşiyində gülümsər,

Ərənlər yurdunda ancaq yel əsər!

Unut, əski günü unut!

Bax, göydəki qara bulut,

Məzlumların ahıdır!..

 

Bir katolik kilsəsi qədər lal,

Türküstanın cəlladına nifrətim.

Sənin kimi azğınlara bir məlal,

Gəlməzmi heç?! Mən o günə həsrətəm.

Türküstandan başqa bir çox yerlər var!

Sizə lənət edir darğın obalar,

Unut, əski günü unut!

 

Bax, göydəki qara bulud,

Məzlumların ahıdır!..

 

Dərdə düşmüş insan oğlu yolunda,

Ey hürriyyət, dərman sənin əlində!

Asılmaya məhkum olan qardaşı,

Qurtaracaq fərman sənin əlində!

Yad ellərdə ürək ver həqq quluna!

Günəşlər saç zavallının yoluna!

 

Çakva, 20 mart, 1917



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info