Qonaq Kitabı
İMANSIZA

Qışqırıb sorursan ki:

  “Sənin məndən nəyin artıq!”

Qızma, dostum, elmə qalsa,

  mən də sənin günündəyəm.

Elmən bizi dinləyənlər “yazıq” deyər,

  bizə “yazıq”,

Əsr bizdən nə istəyir:

  onu bilə-bilməyəlim?!

Ancaq səndən fərqim bu ki,

  məndə sağlam bir iman var.

Bir kainat yaradar ki,

  nəşəsindən doymaq olmaz!

Sənin kimi imansızlar

  o cənnətdən heç anlamaz!

Bu tikanlı yollar mənə gücmü sandın?

  İmanım var!

Mən bir dəfə inandım ki,

  ot kökünün üstə bitər,

Həqiqətmi, xəyalmı bu?

  Nə isə, bol-bol yetər!...

 

Gəncə, 5 dekabr 1914



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info