Qonaq Kitabı
ÇUĞULU HƏCV

Bu şeir Əhməd Cavadın ən açıq-saçıq həcvidir. Poetik dili bənöə kimi zərif olan şairin bu hiddəti əbəs deyil: onun büllur şeirlərində ictimai eybəcərlik axtaran, həyatını amansız bir cəllad baltasının altına sürüklətdirən, balalarını yetim, evini başsız, qələmini sahibsiz qoyan bir vicdan dəllalına həsr olunmuş bu həcvdə şairin ölüm ayağında keçirdiyi qədərsiz acıları duyuruq. Ona rə də şerdə adı çəkilən millətinə, xalqına dönük bir adamcığazın adının və söyüşlərin h olmazsa nöqtələrlə verilməsi şərtilə həcvin bəzi bəndlərini dərc etməyi lazım bildik (Redaktorun qeydi).

 

Bəni saldın bu ağır dərdə...

Ananı bir də… bir də…

Ədə, xər ləhcəsinin varmı babandan xəbərin?

Qoy tüpürsün üzünə gorbagor olmuş pədərin!

Maşallah ki, danos vermədə varmış hünərin!

Sənətin artmalı hər yerdə...

 

Ey... ağzındakı pəltək dilinə,

Yeni sənətlə gözəl xidmət edirsən elinə.

Ver bütün məmləkəti, dostları fitnən felinə,

Kişisən xeyirdə yox, şərdə...

 

Bilmiyormu o bana sən nələr etdin də nələr!?

...Otura vayına hər şamü səhər.

Sən gəbər, bən ona tapmaqda varam yaxşıca ər,

Səni görrəm yeni bir ərdə...

 

Bən sənə neyləmişdim, a rəzil oğlu rəzil!

Bənim övladımı qoydun başaçıq, zarü səfil.

Bari gəl... ol kosa saqqal ilə sil,

Bu zadı yeməmiş xər də...

 

Saldırıb şairi sən böylə dəmirdən qəfəsə,

Başı üstündən onun qoyma ki, bir quş da əsə.

İt ki, itdir bu böyüklükdə bir... yesə,

Utanar, səndə ki, yox tər də...

 

Bən bu gün məsləkim üstündə, ölürsəm, nə zərər!

Məsləkli ölüm bil ki, o dünyaya dəyər!

Məqsədin qəhbəliyilən yaşamaqdırsa əgər,

Qazanarsan ki, bir az zər də...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info