Qonaq Kitabı
AĞAMİRİN TOYUNDA

Cırıldı qavallar, qırıldı tellər,

Toy elan edildi, yığıldı ellər.

Şəkidən, Gəncədən, Aran, Turandan

Oynamaq yolunda keçdilər candan.

Seyid var, molla var, nə lazım falçı?!

Övladı-peyğəmbər tarçı, qavalçı!

Bu axşam dünyada başqadır əhval,

Qızışıb oynadı Ağamir, Camal...

Qalxdı İsmayıl bəy şiri-nər kimi!

Ürəkdən oynadı bir ləzgi həngi...

Mahmud bəyin bu gün uzanmış boyu,

Zati-mübarəki bəzəmiş toyu.

Oturmuşdur qoşa bir çox qaynana,

Səkər maral kimi oyan-bu yana.

Maşallah, bizim gəlin, nə gəlin!

Düz iki şiəyə kəsdirdi kəbin.

Mahmud anası ilə bu gün xəlvəti,

Eşitdim eləyir dügün söhbəti.

Toylarda nəşəsiz aşmayır işim,

Bəs şirin yeməkdən göynədi dişim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info