Qonaq Kitabı
ŞAİRƏ SATAŞDINSA

Eşitdim, dəyibdir külüngün daşa,

Balçılı qatırı çullayan qardaş!

Yedirib pulları yara-yoldaşa,

Bizə töhmət yazıb yollayan qardaş!

 

Dedim: fəlsəfəyə gəl vermə ürək,

Qalmayacaq bir gün damında dirək.

İndi axşam-sabah əlində kürək,

At-eşşəyə zibil tullayan qardaş.

 

Korluq çəkdinmi ki, puldan-paradan,

Səs verdin axırda karvansaradan.

Yığdığını verib bir az sonradan,

Hücrədə burnunu sallayan qardaş!

 

Nə oldu əvvəlki o zərbü-şəstə?!

Başında saxlardı səni hər dəstə.

Gör axırda harda oturdun bəstə,

Kimlərdir gününü gülləyən, qardaş?!

 

Əvvəldən olmuşdun anbar müdiri,

Eylədin tərəqqi, səni kiri, kiri!

 

Təəccüb eylərəm: qalıbsan diri,

Seyfullaya camış nallayan qardaş!

 

Axşam keç gəl evə, obaşdan da get,

Nə deyir bu işə şaqalad Məmməd?!

Get Zülfüqara bir ərzi-niyaz et,

Odur səni əvvəl ballayan, qardaş...

 

Dəzgahın üstündə qucub dizini,

Bax İsgəndərbəyə satır bezini.

Tapmışdır o kişi həqqin izini,

Çöllünün kökünü kollayan, qardaş.

 

Sataşdın şairə, yıxıldı damın,

Bəyənmədin bizi, qırıldı camın.

Tuf olsun zatına böylə adamın:

Ki, olmuş könünü zollayan, qardaş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info