Qonaq Kitabı
NADANLIQ

 

ƏFRADİ – ƏHLİ – MƏСLİS

 

M ə Ò» ə m m ə d a ğ a – kənd müəllimi, cavan oğlan, rus paltarında.

N a m a z – onun nökəri.

Q u r b a n ə l i, N i y a z ə l i, A ğ a k i ş i, H a c ı  A b d u l l a – kəndin mütəşəxxis adamları, 40 və 50 yaşında, çöl libasında.

 

K o x a – kəndin yüzbaşısı.

Ö m ə r – Hacı Abdullanın böyük oğlu, oxumuş cavan, çərkəzi libasda.

V ə l i – Hacı Abdullanın kiçik oğlu.

Ə h m ə d – Hacı Abdullanın nökəri.

 

Bir neçə kənd adamları – Məhəmməd ağanin yanına ərizə yazdırmağa gələnlər.

 

Y e t ə r – Hacı Abdullanın övrəti, 40 yaşında, çöl libasında.

G ü l p ə r i – Qurbanəlinin övrəti, 40 yaşında, çöl libasında.

M o l l a Q a s ı m – kənd mollası, İran libasında.

M ə n s u r, Ş a m i l, P i r v e r d i, İ s m a y ı l – Vəlinin qaçaq yoldaşları, hamısı yaraqlı.

 

 

Birinсi məсlis

 

ƏVVƏLİNСİ GƏLİŞ

 

MəÒ»əmməd ağa öz otağında, otağın bir tərəfində miz və bir neçə kürsü.

 

M ə Ò» ə m m ə d a ğ a. Günlərim qəribə qəmgin keçir. İki aydır ki, gəlmişəm, bu vaxta qədər ancaq iki şagird gəlibdir. Bunlarla mən nə edəcəyəm? Güclə deyil ki, müəllimi bu ölkədə özlərinə düşmən Ò»esab edirlər. AÒ»! Başım fikir etməkdən çatlayır! (Başını əli ilə tutur).

 

 

İKİNCİ GƏLİŞ

 

MəÒ»əmməd ağa və Qurbanəli .

 

Q u r b a n ə l i. Salaməleyküm!

M ə Ò» ə m m ə d a ğ a. Əleyküməssalam! Xoş gəlibsiniz! (Ayağa durur.) Əyləşin.

Q u r b a n ə l i. Kefin necədir? Salamatsanmı?

M ə Ò» ə m m ə d a ğ a. AllaÒ»a şükür! Ancaq uşaq az olmağa görə günlərim qəmgin keçir.

Q u r b a n ə l i. İndi neçə şagird var?

M ə Ò» ə m m ə d a ğ a. Ancaq ikidir.

Q u r b a n ə l i. Genə yaxşı ki, o da var. Əvvəlki mollanın (uçitelin) Ò»eç iki şagirdi də yox idi. İndi uşaqlar ataları ilə çöl işlərindədirlər. Yarım aydan sonra çöl işlərini qurtararlar və savuq düşər, onda şagirdlərin çoxlaşar. Sən qarı gözlə: elə ki, qar yağdı, gündən-günə şagirdlər çoxlaşacaq, çünki o vaxt işləri olmayıb və evdə qalıb şuluqluq eləməsinlər deyibən, sənin yanına göndərəcəklər. Elə ki genə yaz açıldı, Ò»amısı genə işlərinə gedəcəklər. Xülasə, başını nə ağrıdım, bu şkolda ildə üç ay qışı oxuyurlar.

M ə Ò» ə m m ə d a ğ a. Ay kişi! Üç ayda nə oxumaq olacaq?

Q u r b a n ə l i. Ay sağ olmuş! Kimdir elə şeyləri axtaran.

M ə Ò» ə m m ə d a ğ a. Bəs deyirdiniz "kiçik oğlumu qoyacağam oxusun", necə oldu?

Q u r b a n ə l i. Doğrudur, söz verdim, amma....

M ə Ò» ə m m ə d a ğ a. Nə var? Xeyir ola!

Q u r b a n ə l i. Nə eyləyim, deyirlər oxumaqdan bir fayda yoxdur. Oxuyan sarsaq olar, ağlını qara aparar deyirlər.

M ə Ò» ə m m ə d a ğ a. Hə ... Ò»ə ... Ò»ə.... (Başını bulayır). Təəccüb işdir. (Tərəfə) Doğrudur ki, avam!

Q u r b a n ə l i. Yaxşı, mən razı oldum, görək özgələr də razıdırlarmı?

M ə Ò» ə m m ə d a ğ a. Ay kişi, özgənin sözünə nə üçün baxırsınız? Uşaq sizindir, onun xeyrini siz görəcəksiniz, əbəs yerə Ò»eyvan uşağı bədbəxt eləməyiniz, qoyunuz gəlib oxusun.

Q u r b a n ə l i. Çox yaxşi, göndərərəm gələr. Ancaq iş buradadır ki, deyirlər, burada oxuyan ancaq sağ və solu tanımaqdan ötrü oxuyur, Ò»ərgaÒ» belə olsa, onu mən də öyrədərəm.

M ə Ò» ə m m ə d a ğ a. Sizə mən dedimmi Ò»ər adamın sözünə qulaq verməyiniz?! Oğlunuz burada oxuyub yazı-pozu biləcəkdir və onun sizə çox köməyi dəyər.

Q u r b a n ə l i. Çox yaxşı, gedib arvadıma da deyim görüm, o nə məsləÒ»ət görür.

M ə Ò» ə m m ə d a ğ a. Özünüz biliniz, amma mən sizin yaxşılığınızı istəyib deyirəm. İndi Koxaya dəxi adam göndərmişəm. Gəlsin, bəlkə xalqa nəsiÒ»ət edə ki, uşaqları versinlər. (Səs gəlir.) Gərək ki, gələn odur.

 

 

ÜÇÜNCÜ GƏLİŞ

 

Koxa öz yasavulu ilə içəri daxil olur.

 

K o x a. Məni sənmi çağırıbsan?

M ə Ò» ə m m ə d a ğ a. Bəli, mən. Xalq görürəm, uşaqlarını oxutmaq istəmir. Ona görə lazım gəlir ki, camaata nəsiÒ»ət edəsiniz, bəlkə uşaqlarını oxudalar.

K o x a. Doğru buyurursan, amma çox çətindir ki, mənim nəsiÒ»ətimə qulaq asalar.

M ə Ò» ə m m ə d a ğ a. Hər Ò»alda siz genə deyiniz, qulaqları dolsun.

K o x a. MəÒ»əmməd ağa! Başın üçün, nəinki iki-üç və bəlkə on yol demişəm. Amma nə eyləyim ki, sözümə qulaq asmırlar. HərgaÒ» istəyirsən bu saat ağsaqqalları çağırtdırım sənin yanına, gör nə cavab verirlər?

M ə Ò» ə m m ə d a ğ a. Əcəb olar, çağırdınız, görək nə deyirlər.

K o x a (yasavula). Get bu saat Òºacı Abdullanı, Ağakişini, Niyazəlini buraya çağır. (Yasavul çıxır. Onun dalınca Koxa özü də dişqarı çıxıb deyir). Deginən tez gəlsinlər.

Y a s a v u l. Yaxşı, baş üstə.

M ə Ò» ə m m ə d a ğ a (tərəfə). Qəribə xalqdır. (Sonra Qurbanəliyə tərəf) Mənim çalışdığım sizdən ötrüdür. Amma siz öz xeyrinizi əsla bilmirsiniz və ayağınıza gələn baxta daş atırsınız.

Q u r b a n ə l i. Ay sağ olmuş! Bizim adam öz xeyrini bilməz. Onunki odur ki, yazda taxıl əksin, yayda biçsin, qışda da yerini isti eləyib yatsın. Ondan masəva, doğrusunu demək, dörd-beş il bundan qabaq bizim bir neçə ağaların uşaqları oxuyub, amma axırları bir şey olmadı. İndi də dolanacaqları əkin və qoyun ilədir.

M ə Ò» ə m m ə d a ğ a. Eybi nədir? Qoy oxusun, ondan sonra genə əksin, biçsin.

Q u r b a n ə l i. İş elə oradadır. Biz istəmirik ki, oxuyandan sonra əksin, biçsin. Biz istəyirik ki, qulluq adamı olsun,çinovnik olsun.

M ə Ò» ə m m ə d a ğ a. Ay kişi! Hər oxuyan molla olmaz. Biri çinovnik olar, biri alış-veriş elər, o biri molla olar. İş adam olmaqdadır. Nə üçün bəs Amerika padşaÒ»lığında kənd adamları əllərində qəzetə cüt sürürlər.

Q u r b a n ə l i. HərgaÒ» Hacının oğlu kimi olacaqsa, Ò»eç olmasın.

M ə Ò» ə m m ə d a ğ a. Necə, Hacının oğlu Ömərimi deyirsiniz?

Q u r b a n ə l i. Bəli, bəli, Öməri deyirəm.

M ə Ò» ə m m ə d a ğ a. Məgər pis oğlandırmı?

Q u r b a n ə l i. Elə oğlum olsa, bir saatda başını kəsərəm.

M ə Ò» ə m m ə d a ğ a. Səbəb?

Q u r b a n ə l i. Ah! Nə deyim ... m ... m....

 

 

DÖRDÜNCÜ GƏLİŞ

 

Koxa, Ağakişi, Niyazəli , Hacı Abdulla içəri daxil olurlar.

 

H a m ı s ı. Salaməleyküm!

M ə Ò» ə m m əd a ğ a (ayağa durur). Xoş gəlibsiniz. (Yer göstərir) Buyurun,

əyləşin!

 

Hər kəs özü üçün kürsü götürüb əyləşir. Ağakişi çubuq çəkir.

 

K o x a. Camaat! Sizi buraya çağırmağımızın səbəbi budur ki, uşaqlarınızı qoyasınız oxusunlar, siz kəndimizin ağsaqqalısınız. Siz uşaqlarınızı oxutsanız, özgələr də baxıb oxudarlar. (Ò»əmməd ağaya tərəf) Bu kişini də bizə padşaÒ» tərəfindən göndəriblər. Yaxşı-yaman, qoyun uşaqlarınız gəlsinlər şkola, bunun da çörəyi kəsilməsin.

M ə Ò» ə m m ə d a ğ a (tərəfə). Yaxşı nəsiÒ»ət verdi! Dilin qurusun.

A ğ a k i ş i. Mənim bir oğlum var, o da kotana gedir. Bir də onun vaxtı keçibdir, on iki yaşındadır.

M ə Ò» ə m m ə d a ğ a. On iki yaş çox deyil, elə oxumalı vaxtıdır.

N i y a z ə l i. Mənim uşaqlarım da boş deyil: kiçik oğlum buzov otarır, böyük oğlum qoyuna gedir.

M ə Ò» ə m m ə d a ğ a. Olmazmı kiçik oğlunuzun əvəzinə ayrı adam tutasınız?

N i y a z ə l i. Ay sağ olmuş, Ò»eç insafmıdır ki, öz oğlun ola-ola, özgəyə pul verəsən? Pul məgər göydənmi tökülür?

H a c ı  A b d u l l a. Ay MəÒ»əmməd ağa! Boş yerə başını niyə ağrıdırsan! Bizim adam oxumağa uşaq verməz. Hər kəsin özünəgörə bir dərdi var: birinin uşağı qaramal otarır, o birininki qoyuna gedir, biri, yer əkir. Uşaqlarını da sənə versinlər, bəs işləri necə olsun? Ondan masəva, doğrusunu demək: "Rusca oxuyan düz yoldan çıxır".

M ə Ò» ə m m ə d a ğ a. Ay Hacı! Görünür, siz oğlunuz Ömərdən narazısınız? Amma mən fikir eləyirdim ki, bu kənddə ancaq siz xoşbəxtsiniz. Zira ki, Ömər oxuyub elm saÒ»ibi olubdur və onun köməkliyi sizə azmı olur?

H a c ı  A b d u l l a. Mənə onun nə köməkliyi olacaq? Bircə odur ki, naçalnik, pristav gələndə bizim evə düşürlər və Öməri rusca bilməyinə görə çox istəyirlər.

M ə Ò» ə m m ə d a ğ a. Bəs belə şəxslərin sizə düşməyini azmı bilirsiniz? Ondan masəva, ərizənizimi yazmır? Divan işlərinizimi görmür? Bundan əlavə, əkində də sizə kömək edir. Kimin Ò»ünəri ilə bu il taxılınız çox oldu? Ömrünüzdə bu qədər yer əkibsiniz, Ò»eç bu ilki kimi taxıl götürdüyünüz varmı?

H a c ı  A b d u l l a. Ömərin əli əsla kotana da dəyməyibdir. Ancaq nökərlərin üstə durub buyruq veribdir: "Ay gədə, bunu belə elə, onu elə elə".

N i y a z ə l i. Bu da yəni bir işdirmi? (Gələ-gələ çubuğunu doldurub çəkir).

M ə Ò» ə m m ə d a ğ a. İş o deyil ki, əlinə kotan alsın. Onun köməkliyi bu olubdur ki, yerinizi necə ki lazımdır şumluyub, təzə çıxan kotan alıbdır. Əsil iş budur və bunların Ò»amısını oxumaq ilə tapıbdır. Yeri elmə müvafiq şumlamaq və nə tövr kotan ilə əksən, taxıl yaxşı çıxar – bunların Ò»amısı kitablarda yazılıbdır. HərgaÒ» Ömər oxumasaydı, belə şeyləri bilərdimi?

K o x a. Kişi bunları doğru deyir.

 

Qurbanəli kürsüdən yerə düşüb yanı üstə uzanır və bir az vaxtdan sonar yuxuya gedir, xoruldayır.

 

H a c ı A b d u l l a. Ay kişi, bunlar Ò»amısı sözdür. Adam gərək adam ola. Oğul deyəndə kiçik oğlumdur, onun başına dönüm: desəm öl, öləcək. Amma bu evi yıxılmışa iki ildir deyirəm Hacı oğlu Vəlinin qızını alsın, almır. Qızın yaxşı ceÒ»izi, mülkü və maşı var. Bilmirəm ki, dərdi nədir? Ancaq ağzını açanda kiçik qardaşını bəyənməz, onu dəli Ò»esab edir, ondan ötəri ki, deyir: "O, vaxtsız arvad alıbdır".

N i y a z ə l i. Necə yəni vaxtsız arvad alıbdır?

H a c ı A b d u l l a. Nə bilim, ay kişi. Elə sözlər danışır ki, Ò»eç tatın kitabında yazılmayıbdır. Deyir: "Arvadın ölməyinə və şil uşaq olmağına səbəb tez evlənmək olubdur".

K o x a. Neçə yaşında arvad almışdı?

H a c ı A b d u l l a. Qız on iki yaşında idi. Ondan savayı gərək ki, qızın əvvəldən azarı varmış. Ərə gedəndən sonra azarı günbəgün artır. Xülasə, nə deyim, AllaÒ» nə istəsə o olacaqdır.

M ə Ò» ə m m ə d a ğ a. Bəs görünür, onun sözünə inanmırsınız.

H a c ı A b d u l l a. Doğru deyirlər ki, rusca oxuyan özünü itirər. (Gülür)

N i y a z ə l i (başını bulayır, tərəfə). Doğrusunu Hacı deyir.

K o x a. Ay MəÒ»əmməd ağa! Əyri oturaq düz danışaq. Ağlasığası iş deyil ki, sən deyirsən. Heç inanmaq olmaz ki, tez arvad almaqdan Ò»əm arvad ölə və Ò»əm uşaq ölə.

A ğ a k i ş i. AÒ»! AllaÒ»ı sevərsiniz, belə şeylər danışmayın, kafir olarsınız.

M ə Ò» ə m m ə d a ğ a. Heyfa ki, siz oxumaq bilmirsiniz. HərgaÒ» oxumaq bilsəydiniz, tibb kitablarını sizə göstərərdim və təəccüb edib yəqin edərdiniz ki, Ömər sizə deyən sözlər doğrudur.

H a c ı A b d u l l a. Ah! Oxumaq nəyimə lazım? Mən belə şeyləri oxumamış da bilirəm.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info