Qonaq Kitabı
KÜR

“Mərcan suyu” qaynağın,

Ellər sənin oynağın,

Nə gözəldir yaynağın,

Gəlin kimi baxan Kür!

 

Dünyanın ilk çağından,

Ardahanın dağından,

Əski bürcün sağından

Çıxıb keçən, axan Kür!

 

“Alagöz”dən bu yana,

“Ağababa”dan o yana,

Hey dayana-dayana

Gəzintiyə çıxan Kür!

 

Gürcücə “Matkovari”,

Türklərin qədim yarı,

Gəzib bir çox diyarı,

Aşiqləri yaxan Kür!

 

Dinləyib hay-huyunu,

Çox içmişəm suyunu,

Beş vilayət boyunu

Əndamına taxan Kür!

 

Araqvanı al yoldaş,

Alazanla qucaqlaş,

Arazı götur birbaş

Get Xəzərdə yıxan, Kür!

 

Get sallana-sallana,

Suyunda çimsin sona.

Girmə Tiflisdə qana,

Nə bir, ləkə, na qan, Kür!

 

Məğrur olma çox elə,

Ellərə bir şey söylə.

Ceyran çölündən belə,

Qıvrılaraq çıxan Kür!

 

Gürcü, ləzgi, moğoldan,

Güc yığıb sağdan, soldan

Sonra çıxınca yoldan

Şimşək olub çaxan Kür!

 

Çatıb bəzən qaşını,

Bulayırsan başını,

Yığıb çölün daşını

Ölüm, barıt qoxan Kür!

 

Qaraoğlan düzündə

Şimşək çaxar gözündə,

Nə duyulmaz sözündə,

Hey canından doyan Kür!

 

Hərdən çıxıb Muğana,

Başlayırsan talana.

Doydurdun bizi cana;

Ölməzdi hər yıxan Kür!

 

Gəl başını bulama,

Get yolunla dolama,

Pambıqları bulama,

Çox kirlidir çuxan, Kür!

 

Öt çəkinə-çəkinə,

Dəymə bostan ləkinə,

Girmə belə əkinə,

Əldə qalar yaxan, Kür!

Kür!

Bir az dur!

Bu doğrudur:

Ta qədimdən yanından bir çox karvanlar

     keçmiş,

Hinddən, Misirdən bəri hər kəs

     suyundan içmiş,

Ordular axıb gəlmiş Nil çayından,

     Fəratdan,

Nüylərindən bənd almış qaçanlar

     Keçaratdan.

O qədər gəzmişdir ki, boyunca ulus-oymaq,

Dünyanın yaşından çox; nə mümkün onu

     saymaq!

Nə qurbanlar kəsilmiş səndəki ərənlərə,

Yayılmışdır şöhrətin ta əzəldən hər yerə;

 

Parlamışdır səninlə

     Midiyanın tacü-taxtı,

Səndən ayrı düşüncə

     sönmüşdür onun baxtı.

Kahinlər axışından kəşf etmiş

     istiqbalı,

Çox zaman bir hayqırman

     bildirmişdir zavalı.

Görünür ki, yunanlı saymış

     səni əjdaha

Bir dəfə baxıb getmiş,

     gəlməmişdir bir daha.

Baxıb gülümsəmişsən

     Romanın cəlalına,

İsgəndərin İranda görkəminə,

     halına;

At oynatdı nüyündə

     Hər cahangir bir kərə.

Ərəb meydan oxudu

     şövkətli qeysərlərə.

Bir gün gördün gözünlə

     Moğol dünyanı yığdı.

Türkmənlər Mil çölündə

     ceyran ovuna çıxdı.

Gah şah gəldi, gah da çar suyundan

     içdi getdi.

Hər gələn talan saldı,

     dağıtdı, keçdi getdi...

Hər cahangir bir dəfə dırmaşdı

     Qaf dağına,

Bir çoxları qurşandı

     simürğun sorağına.

Sən gördün at döşündə aylar,

     ulduzlar getdi;

Şirvanın bazarından



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info