Qonaq Kitabı
BİTMƏMİŞ PARÇALAR

... Qoy nə deyir desin hər yetən çaqqal,

Bir yerdə yaşadıq, ağardı saqqal.

Bal-mal istəmirəm, deyiləm baqqal,

Şəkərim də sənsən, balım da sənsən.

***

Nə çıxsın ki, göylərdə varlığın bir yaraşıq?!

Bu solğunluq yaramaz bizə; işıq ver, işıq!

İşıq ver görünməmiş bir dünya quranlara!

Dünyada boşluqdan haqq-hesab soranlara!

Yoxsa bu gen boşluqda tək gözləməkdən nə çıxar?!

Yalqız deyilsən çox da, sənin də bir yerin var...


14. XII

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info