Qonaq Kitabı
MÜƏLLİM

Döşündə üç qızıl medal,

Gözlərində bir general,

Baxışı var, yüksək boylu,

Qalın bığlı, köksü dolu,

Əllərində yun əldivən,

Kimdir bu sallanıb gedən?

Müəllimdir, bu müəllim,

Çox mükəmməl almış təlim.

On il sonra 

İki medal daha artmış,

Lakin saç-saqqal ağarmış...

Başı əsir, bel bükülü...

Ah! Ey cavanlığın gülü,

Nə tez soldun, xarab oldun?

Nədir sənin bu tutuğun,

Vəfasızlıq yolu bilməm!

Sənin ömrün nə qədər kəm!

Beş il sonra

“Ay qardaşlar, verin, verin!

Əvəzini allah versin”.

Əlində bir bağlı yaylıq,

Quçağında on bir aylıq

Bir uşağı bir müəllim

Gəzdirərkən, görüb dedim:

-         Kimə məxsus bu ianə?

-         Qucağımda uyuyanə.

Babasını vərəm aldı,

Müəllimdən bir bu qaldı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info