Qonaq Kitabı
SƏNƏT QƏHRƏMANLARINA

Demişlərdi mənə: “Sən də bir şey yaz,

Bu fənn ordusunun nəfərlərinə.

Öz yaşından böyük iş görənlərin,

Bir afərin söylə hünərlərinə”.

 

Məncə hər yazıdan daha parlaqdır,

Kiçik dəmirçinin alnındakı tər.

Ey kiçik dəmirçi, duyduğun haqdır,

Çalış yurdun üçün özünü göstər.

 

Zamanı gəlmişdir, sıran yetişmiş,

Çalış qulluq elə bəşəriyyətə.

Göstərdiyin hünər, yaratdığın iş,

Haqdan qüvvət alır, haqdan, əlbəttə.

 

1924

Şeir N.Nərimanov adına texnikumun bir illiyi münasibətilə yazılmışdır



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info