Qonaq Kitabı
İRAQ

Çoxdan ayrı düşdük biz yar elindən,

Əcəb o yerlərdə biz deyən varmı?!

Biz anmaqdan, söyləməkdən yorulduq,

Bir düşünən bizi, söyləyən varmı?!

 

Bizdə qələmlərin düşüncəsində,

Yazılan sözlərin ən incəsində.

Qərib minarənin yanıq səsində,

Yalnız o var... bilməm dinləyən varmı?!

 

Hər kəs der ki, mənim könlüm nə dolğun,

Bilən yoxmu kimə məftun olduğun?!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info