Qonaq Kitabı
QARDAŞ

Milli Şuraya


Sən çıxdın bu minbərdən doğrunu söylə;

Yalvarma kimsəyə tanrıdan başqa.

Küskünsə talehin, sən ona küsmə.

Dinlətdir səsini, çalış... çabala...

 

Bu baxtsız millətin daddığı acı,

Çalış əlac olsun, diriltsin onu.

Düşmən başındakı o zəfər tacı,

Görsün ki, irqimin deyildir sonu!..

 

Qüvvəti vicdandan, nuri haqdan al,

Hidayət etməyə yol azanları!

Gəlməsin yardımsız qəlbinə hilal,

Yardım: münəvalar sübh əzanları.

 

Təmiz alnındakı tozu, torpağı,

Haqq üçün açdığın əllərinlə sil!

Vətən bir fidandır: yaşıl bayrağı,

Soldurmamaq sənin əlindədir, bil!..

 

1919, noyabr

16 noyabr, 1919-cu il. Milli şuranın açılması münasibətilə çıxan Azərbaycanın fövqəladə nüsxəsi üçün yazıldı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info