Qonaq Kitabı
AZƏRBAYCAN BAYRAĞINA

İngilislərin Bakıya gəlişindən sonra birinci dəfə Bakıya getdiyim vaxt: 10 aprel 1919-cu ildə parlament binası üzərində dalğalanan milli bayrağa söylənilmişdir.

 

Türküstan yelləri öpüb alnını,

Söyləyir dərdini sana, bayrağım!

Üç rəngin əksini quzğun dənizdən,

Ərmağan yollasın yara, bayrağım!

 

Gedərkən Turanə çıxdın qarşıma,

Kölgən dövlət quşu, qondu başıma.

İzn ver gözümdə coşan yaşıma,

Dinlətsin dərdini aha, bayrağım!

 

Qayi - xan soyundan aldığın rəngi,

Qucamış Elxanla müsəlman bəyi.

 

Elxanın övladı - dinin dirəyi,

Gətirdin könlümə səfa, bayrağım!

 

Köksümdə tufanlar gəldim irəli,

Öpüm kölgən düşən mübarək yeri.

Allahın ulduzu o gözəl pəri,

Sığınmış qoynunda ayə, bayrağım!..

 

1919, aprel

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info