Qonaq Kitabı
AL BAYRAĞA

Gül rəngində bir yarpağın,

Ortasında bir hilal.

Ey al bayraq, sənin rəngin,

Söylə neyçün, böylə al?

 

Hakim olub bir torpağa,

Ona etmək böylə naz;

Səndən başqa bir gözələ,

Söylə, neyçün yaraşmaz?

 

Bu bənzəyiş nədən gözüm,

Şəhidlərin qanına?!

Uğurunda qan verənlər,

Neyçün qıyar canına?!

 

Yol üstündə dərdli ninni,

Görür səni ağlamaz.

Sən öylə bir şersən ki,

Sevməyənlər anlamaz!

 

Ey sevgili bayrağımın,

O dalğalı duruşu:

Sandım salam rəsmi sənə,

Buludların yürüşü!

 

Sən ey hilal, al qoynuna,

Aldın göydən ulduzu.

Məftun etdin sən kəndinə,

Ən sevdalı bir qızı!


Bakı, iyul, 1919

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info