Qonaq Kitabı
ŞƏHİDLƏRƏ

Qalx, qalx! Sarmaşıqlı məzar altından!

Gəlmiş ziyarətə qızlar, gəlinlər.

Ey karvan keçidi yollar üstündə,

Hər gələn yolçuya yol soran əsgər!

 

Sənin qovduqların yabançı xanlar,

Qurtardı ölkəmi tökduyün qanlar!

Bax, nasıl öpməkdə tozlar, dumanlar,

Qərib məzarını mənlə bərabər!

 

Sənin qanındanmı, düzlərdə böylə,

Qüdrət bitirmişdir sayılmaz lalə?!

Dost elində qopdu bir yanıq nalə,

Yoxsa o nalənin ruhumu söylər?!

 

Keçərkən göylərdən bir qatar durna,

Ağlar buraxdığın gözləri sorma!

Bax, doğru çıxmaqda gördüyün röya,

Bəslədiyin əməl bu gün gülümsər.

 

Çarıqlı qardaşın sadədil ərdi!

Gəldi məzarına bir uruk ordu.

Toplanıb baş-başa, hər üçü durdu,

Hər gün köylü qızlar dərdini dinlər!


Gəncə, 10 may 1919

İstiqlalımızın bir illiyi münasibətilə

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info